“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla növbəti görüş Binəqədi rayonu Biləcəri bələdiyyəsində keçirilmişdir. Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarovla keçirilən görüşdə bələdiyyənin qarşılaşdığı problemlər müzakirə edilmiş, ötən illərdən yığılıb qalmış borcların qaytarılması məsələsi müzakirə edilmişdir.
“Bu gün bələdiyyənin uzun illərdən bəri DMSF-yə və digər qurumlara olan borcunun həcmi 700 min manatdan çoxdur. Ötən il ərzində borcun həcmini 52 min manat həcmində azalda bilmişik. Hazırda əsas məqsədimiz və fəaliyyətimiz borcun həcmini azaltmağa yönəlib”- bu fikirləri görüşdə Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov bildirib.
Sədr daha sonra bildirib ki, vergi müfəttişlərimiz daim sakinlər arasında ciddi təbliğat işləri apararır və qəsəbə ərazisində inventarlaşdırma işlərini davam etdirirlər. Lakin etiraf edək ki, bu istiqamətdə çoxsaylı problemlər mövcuddur. Mövcud əmlakın isə 70 faizinin sənədsiz olması bələdiyyəmizə əlavə problem yaradır.
Görüşdə bələdiyyənin vergi və DSMF borclarının qaytarılması ətrafında ciddi fikir mübadiləsi aparılıb və bunun üçün bələdiyyənin konkret proqramın olmasının vacibliyi vurğulanmış, o cümlədən vahid komanda formalaşdırmaqla borcdan yaxa qurtarmağın mümkünlüyü müzakirə edilmişdir. Bununla yanaşı müvafiq orqanların, habelə Binəqədi RiH-ində bu prosesə öz töhvəsinin verməsi vacib amil kimi görüşdə səsləndirilmişdir. Bununla yanaşı bələdiyyənin balansında oaln inzibati binanın, habelə səkkiz mərasim evinin balansa götürülməsi və onların gələcək taleyi müzakirə obyekti olmuşdur.
Görüşdə qarşılılqı maraq dorğuran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.
Belediyye.info
|
|
|